AZ

"Şamaxinka"dakı tuneldə təhlükə yaranıb? - RƏSMİ AÇIQLAMA/VİDEO

Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə (Şamaxinka adlanan ərazi) sütunlardan birinin vəziyyəti ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, Aqil Tağıyev adlı Facebook istifadəçisi tuneldəki dirəklərdən birinin zədələndiyini bildirib. O, səhifəsində tuneldən çəkdiyi videonu da paylaşaraq aidiyyəti qurumların məsələni nəzarətə götürməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur:

“Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”. (“Qafqazinfo”)



Bizim.Media

Seçilən
4
6
bizim.media

8Mənbələr