AZ

Su obyektlərindən götürülən suyun 30%-i itkiyə gedir

Bakı. Trend:

Hal-hazırda su obyektlərində götürülən 12-13 milyard kub metrsuyun 30%-ə qədəri nəql zamanı itkiyə gedir və istfadə olunan suyunmiqdarının 80%-ə yaxın hissəsi suvarma üçün nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan DövlətSu Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə vəMühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastrvə uçot şöbə müdiri Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, bu da mövcud iqlim şəraitində nəzərdətutulan suvarma norması ilə müqayisədə yüksəkdir:

"Bunun isə əsas səbəbi kimi əkinçilikdə müasir suvarmapraktikasının lazımi səviyyədə tətbiq edilməməsi ilə bağlı olanəlavə itkilərin olması və o cümlədən əkinçilikdə tələb olunan qaydavə prinsiplərə tam əməl olunmamasını göstərmək olar".

"Eyni zamanda suvarma məqsədilə suyu mənbələrdən götürərkənisrafçılığa yol verilməsi torpağın sıradan çıxmasına, o cümlədənyer səthinə yaxın olan yüksək minerallığa malik qrunt sularınınsəviyyəsinin daha da yüksəlməsi nəticəsində torpağınşoranlaşmasına, məhsuldarlığının azalmasına və ya da əkindövriyyəsindən çıxmasına səbəb olur. Su mənbəyindən həddən artıqçox suyun götürülməsi eyni zamanda çayların ekoloji axımının təminolunmaması nəticəsində onun ekosisteminin deqradasiyasına və bəzənçayların qurumasına səbəb olur", - deyə o, əlavə edib.

Seçilən
29
3
az.trend.az

4Mənbələr