AZ

Azərbaycanda bu avtomobillər gömrük rüsumundan AZAD EDİLDİ

Azərbaycanda elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin 01.01.2028 tarixinədək 0% təyin edilməsi (mövcud rüsum dərəcəsi 5%-dir) ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul edilib.


Telegram kanalımız
Seçilən
13
19
yenisabah.az

10Mənbələr