AZ

Bu avtomobillər üçün gömrük rüsumu ləğv edildi

Elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib.

AzPost xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin 01.01.2028 tarixinədək 0% təyin edilməsi (mövcud rüsum dərəcəsi 5%-dir) ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul edilib.

Qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir.

Seçilən
82
19
azpost.info

10Mənbələr