Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
***
Sumqayıtda yanan tikilinin narkotik istifadələri üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
***
Sumqayıtda tikilidə yanğın başlayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə 2 nömrəli Şəhər Xəstəxanası yaxınlığında tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.