Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.
Gundem.az-ın Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb.
12:58
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Gundem.az-ın Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
12:42
Sumqayıtda yanan tikilinin narkotik istifadələri üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Gundem.az-ın Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
12:25
Sumqayıtda tikilidə yanğın başlayıb.
Gundem.az-ın xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən "Report"a fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.