AZ

Mərkəz rəhbəri: Vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti vasitəsilə son üç ayda 7 min 500-dən çox müraciət cavablandırılıb.

"Report" xəbər verir ki, bu barədə “1542” Çağrı mərkəzinin rəhbəri Nərminə Ramazanova orada keçirilən “Açıq qapı” günündə məlumat verib.

O bildirib ki, “Onlayn çat” xidmətinə daxil olan vətəndaş müraciətləri və sorğularını fasiləsiz şəkildə bot və ya süni intellektlə deyil, məhz 10 operator əməkdaşımız cavablandırır”.

N.Ramazanova qeyd edib ki, vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır:

“Vətəndaşlar xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusunda iştirak edə bilir. Vətəndaşlar bununla zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilir. Aparılan sorğuların nəticələrinə əsasən ötən ilin dekabrından bu günə qədər vətəndaşların 88 %-nin xidmətlərdən məmnun qaldığını deyə bilirik.

​Onun sözlərinə görə, xidmətə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan müraciətlər xüsusi diqqətlə qeydə alınır:

"Bu cür sorğu və şikayətlər araşdırma qrupu tərəfindən detallı şəkildə araşdırılır və daha sonra vətəndaşlara cavab təqdim olunur. Eyni zamanda, müraciət edən şəxslərin araşdırma prosesindən və nəticəsindən məmnun qalıb-qalmadıqlarını öyrənmək üçün onlarla yenidən əlaqə saxlanılır və vətəndaş rəyləri sistemli şəkildə qeydiyyata alınır” .

Seçilən
10
1
report.az

3Mənbələr