AZ

Vətəndaşların 88 faizi icbari tibbi sığortanın Çağrı mərkəzi tərəfindən göstərilən xidmətlərdən razıdır

Bakı, 6 mart, AZƏRTAC

Vətəndaşların 88 faizi icbari tibbi sığortanın Çağrı mərkəzi tərəfindən göstərilən xidmətlərdən razıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova mərkəzdə keçirilən “Açıq qapı” günündə deyib.

O qeyd edib ki, vətəndaşların xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusu tətbiq olunmağa başlayıb: “Vətəndaşlar bu səbəbdən zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilirlər. Aparılan sorğuların nəticələrinə əsasən ötən ilin dekabrından bu günə qədər vətəndaşların 88 faizi göstərilən xidmətdən məmnun qaldığını bildiriblər.

Xidmətimizə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan müraciətlər xüsusi diqqətlə qeydə alınır. Bu cür sorğu və şikayətlər araşdırma qrupu tərəfindən detallı şəkildə araşdırılır və daha sonra vətəndaşlara cavab təqdim olunur. Eyni zamanda, müraciət edən şəxslərin araşdırma prosesindən və nəticəsindən məmnun qalıb-qalmadıqlarını öyrənmək üçün onlarla yenidən əlaqə saxlanılır və vətəndaş rəyləri sistemli şəkildə qeydiyyata alınır”, – deyə N.Ramazanova bildirib.

Seçilən
9
1
azertag.az

3Mənbələr