Bakı. Trend:
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyiatılan növbəti uğurlu addımla diqqətdədir. Dövlət başçısı İlhamƏliyevin martın 5-də Türkiyəyə işgüzar səfəri çərçivəsindəPrezident Rəcəb Tayyib Ərdoğan ilə İğdır-Naxçıvan qaz kəmərininvideobağlantı formatında açılış mərasimində iştirak etmələrihazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. “Birmillət, iki dövlət” olan Azərbaycan və Türkiyənin tarixi dostluqdanstrateji tərəfdaşlığa doğru atdıqları addımların xronologiyasınadiqqət yetirdikdə möhkəm təməlin, qarşılıqlı etimadınmünasibətlərin inkişafında böyük rol oynadığı daha aydın şəkildəgörünür. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir.Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadisahələrdə dərin əməkdaşlıq əlaqələri qurulub və uğurla davam edir.1990-cı illərin sonlarından başlayaraq, xüsusən dəmüstəqilliyimizin bərpasının ilk illərində Türkiyə Azərbaycanasiyasi və diplomatik dəstək göstərdi.
Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Türkiyəölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyinixüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayişetdirdi. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafınışərtləndirən mühüm amillərdən biri hər iki dövlətin məhz ədalətə vəbeynəlxalq hüquqa əsaslanan siyasət həyata keçirmələri, daim sülhə,təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək hədəflərə nail olmaqüçün birgə addımların atılmasının vacibliyini bildirmələridir.Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində hər iki ölkənindövlət başçılarının qardaşlıq, dostluq münasibətləri daiməhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin “Birmillət, iki dövlət”, Böyük Öndər Mustafa Kamal Atatürkün“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”çağırışları bütün dövrlərdə bu münasibətlərin inkişafında yolxəritəsidir. Tarixi Zəfərimizin reallıqları fonundaAzərbaycan-Türkiyə qardaşlığının rəsmi şəkildə təsdiqi olan ŞuşaBəyannaməsinin mahiyyətində də məhz bu kəlamlar əsas yer tutdu.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında iqtisadiəlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha dagüclənir: "2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlıticarət dövriyyəsi 8 milyard dollar olub. Ötən il artım dinamikasıdavam edib. Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyiyatırımların həcmi isə 20 milyard dolları keçib. Bu rəqəmingələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazdaən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropayaenerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildəistifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurumqaz kəmərləri layihələri ilə dərinləşib. Bu layihələr yalnıziqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir.Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühümrol oynayır.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixində önəmli bir günkimi dəyərləndirilən İğdır-Naxçıvan qaz xəttinin açılışı ikiölkənin birgə reallaşdırdığı enerji layihələrinin tərkibhissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələrreallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimineft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi,eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu günAzərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrinenerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qazixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısıTürkiyəyə olan ixracatdır. Türkiyədən başqa 10-u Avropa ölkəsiolmaqla 11 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyinigücləndirir".
Vüqar Rəhimzadə vurğulayıb ki, davamlı şəkildə güclənənqardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafıölkələrimiz qarşısında duran problemlərin uğurla həllinə imkanyaradır.
"Bu birliyin mühüm nəticələrindən biri də illərdir Ermənistanınyaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan MuxtarRespublikasının enerji təminatının daha etibarlı səviyyəyəçatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörənsiyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməriməhz bu məqsədə xidmət edir. İki dost və qardaş ölkələrinvideobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin istismaraverilməsi mərasimində iştirakı bu birliyin enerji sektorunda yolaçdığı uğurların davamlılığından xəbər verir. 2018-ci ilin iyunayında TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimidəyərləndirmişdi. İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanıntəbii qaz təminatını tam qarşılayacaq və bir mənbədən asılılığınıaradan qaldırmaq baxımından mühüm rol oynayacaq. Dövlət başçısıİlham Əliyev mərasimdəki çıxışında da bu məqamı xüsusi vurğuladı.Qeyd etdi ki, İğdır-Naxçıvan qaz xəttinin açılışı Naxçıvanın enerjitəhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qazTürkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıqNaxçıvanı da bu problemdən xilas etmiş olacaq", - o deyib.
Vüqar Rəhimzadə bildirib ki, iki dost, qardaş ölkənin birgəhəyata keçirdikləri enerji layihələri nəqliyyat layihələrinin dəreallaşmasına imkan yaratdı: "Belə ki, əhəmiyyətinə görə enerjilayihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsihəyata keçirildi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirənBakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm də daha genişcoğrafiya üçün mühüm üstünlükləri təmin edir. Xüsusilə türkdünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyükfaydası vardır. Prezident İlham Əliyev vurğuladı ki, Türkiyə iləAzərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyükbir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım,hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi iləhəm Türkiyədə böyük uğurlar əldə edildi, həm türk dünyasının dahada sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hərzaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öztərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaqmaraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səyləriniəsirgəmir".
Milli Məclisin deputatı qeyd edib ki, İğdır-Naxçıvan qazkəmərinin açılışı mərasimi bir daha Türkiyə-Azərbaycan birliyinin,dostluğunun, qardaşlığının əyani təzahürüdür. “Əminəm ki,Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazanayında bu mərasimi də bayram kimi qeyd edəcək” söyləyən dövlətbaşçısı İlham Əliyev onu da qeyd etdi ki, inşaat işləri qısamüddətdə başa çatdı və artıq bu gözəl mərasimdə iştirak edirik.
Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə qardaşlığının daha damöhkəmlənməsi üçün geniş imkanların mövcud olduğunu diqqətəçatdırıb. Bildirib ki, tarixi Zəfərimizdən sonra dünya istərAzərbaycan-Türkiyə, istərsə də digər türk dövlətləri arasındaəlaqələrin daha sıx birləşdiyinin şahididir. Türk dünyasını böyükailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev ötən ilprezident seçkilərində inamlı qələbəsindən sonra andiçməmərasimində Azərbaycanın xarici siyasət uğurlarından, beynəlxalqtəşkilatlarla əlaqələrimizdən geniş bəhs edərək bu çağırışı etdiki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davametdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq deməkistəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydıngöstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu,bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türkdünyasıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qazkəmərinin açılışı mərasimində iki qardaş ölkənin dostluğunumöhkəmləndirən məqamlardan bəhs edərək bildirdi ki, Türkiyə vəAzərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdəancaq sülh, əməkdaşlıq, hamımızın birlikdə inkişaf etməsiniistəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq,səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh,rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyatakeçirməkdə qətiyyətliyik.