AZ

Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib

Suriyanın yeni hökumətinə tabe olan İctimai Təhlükəsizlik İdarəsi ölkənin qərbindəki bir sıra bölgələrdə keçmiş prezident Bəşər Əsəd tərəfdarları ilə silahlı toqquşmalarla əlaqədar Tartus şəhərində komendant saatı tətbiq etmək qərarına gəlib.

“Report” xəbər verir ki, bəyanatın mətnini Suriyanın “Al Watan” qəzeti yayıb. 

"Tartus şəhərinin İctimai Təhlükəsizlik İdarəsi bu gün saat 22:00-dan cümə günü səhər saat 10:00-a qədər ümumi komendant saatı tətbiq edildiyini elan edib", - məlumatda bildirilib. 

Qeyd edək ki, ötən gün Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən silahlı qruplar Latakiya vilayətində hərbi obyektlərə hücum ediblər. Suriyanın yeni hökumətinin dövlət təhlükəsizlik idarəsinin azı 13 əməkdaşı silahlılarla toqquşmalarda həlak olub.

Seçilən
29
2
report.az

10Mənbələr