AZ

Suriya toqquşmalara görə Latakiyada komendant saatı elan edilib

Bakı. Trend:

Suriyanın Latakiya vilayətinin Daxili Təhlükəsizlik İdarəsi cüməgünü yerli vaxtla səhər saat 10:00-a qədər komendant saatı tətbiqedib.

Trend-in məlumatına görə, bu bəradə "SANA" agentliyi xəbərverib.

Məlumata əsasən, komendant saatı Suriya təhlükəsizlik qüvvələriilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmafonunda tətbiq edilib.

Qeyd edək ki, martın 6-da bir qrup Əsəd tərəfdarı RusiyanınXmeymim aviabazasının yerləşdiyi Cebla şəhərinin kənarındaSuriyanın yeni administrasiyasının daxili təhlükəsizlik idarəsininnəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. “Əl-Cəzirə”televiziya kanalı bildirib ki, silahlılarla toqquşmalarda azı 15Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub.

Seçilən
41
4
az.trend.az

10Mənbələr