AZ

Tramp Maskın səlahiyyətini əlindən alıb

Donald Tramp Mask və DOGE-nin dövlət məmurlarını işdən çıxarmaq səlahiyyətini məhdudlaşdırıb...

ABŞ prezidenti Donald Tramp bildirib ki, dövlət şirkətlərində işçi qüvvəsinin ixtisarına görə məsuliyyət indi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) və onun rəhbəri İlon Mask deyil, administrasiya üzvlərinin üzərinə düşəcək.

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə hökümətin iclasında bildirib. İclasdan sonra Ağ Evin rəhbəri Maskı bu cür qərarlar qəbul edərkən “balta” deyil, “skalpel”dən istifadə etməyə çağırıb.

İclasda Donald Tramp bildirib ki, DOGE rəhbərinin səlahiyyətləri işdən çıxarılma ilə bağlı deyil, işçilərin sayı ilə bağlı tövsiyələrə qədər azaldılıb.

“Nazirlər müxtəlif departamentlərdə çalışan insanları tanıdıqca və başa düşdükcə kimin qalıb, kimin getdiyini çox dəqiq müəyyən edə bilirlər. Biz “balta” deyil, “skalpel” deyirik”, deyə Tramp “Truth Social” şəbəkəsində yazıb. İlon Mask daha sonra X-də yazıb ki, danışıqlar çox məhsuldar olub.

Donald Tramp DOGE-ni yanvarın sonunda təsis edib. Fevral ayında milyarder Mask ABŞ hökumət işçilərindən işlərinə dair hesabat təqdim etmələrini istəyib, əmrə əməl etmədiyi üçün işdən çıxarılacağı ilə hədələyib. “The New York Times” qəzetinin yazdığına görə, FTB, Pentaqon və Dövlət Departamenti də daxil olmaqla bir neçə agentliyin yüksək vəzifəli məmurları federal əməkdaşlara DOGE-nin tələbinə cavab verməməyi əmr ediblər. Reuters Agentliyi hökumətin xərclərinin azaldılmasının ilk ayında xərclərin 13% artdığını bildirib.

Poliqon.info

Seçilən
45
39
poliqon.info

10Mənbələr