AZ

Türkiyə Prezidenti: Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyirik » AzadMedia.az


Türkiyə Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzv dövlətlərin liderlərinin onlayn görüşündə deyib.

Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin (Rusiya və Ukrayna - red.) masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib:

“Biz tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mümkün qədər sürətli formada atəşkəsin elan edilməsini, eləcə də hava və dəniz üzərindən hücumların dayandırılması ideyasını dəstəkləyirik”.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.
Seçilən
20
7
azadmedia.az

8Mənbələr