Türkiyə Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyir...
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) təşkil etdiyi Həmfikir Ölkə Liderlərinin onlayn toplantısında deyib.
Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin (Rusiya və Ukrayna - red.) masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib:
“Biz tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mümkün qədər sürətli formada atəşkəsin elan edilməsini, eləcə də hava və dəniz üzərindən hücumların dayandırılması ideyasını dəstəkləyirik”.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.
Poliqon.info