AZ

Zelenski Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqlarına qatılmayacaq

Ukrayna lideri Vladimir Zelenski Ukrayna və ABŞ nümayəndələri arasında martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda iştirak etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fox News-un jurnalisti Nana Sadjaya “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Zelenski çərşənbə axşamı Amerika nümayəndə heyəti ilə görüşdə iştirak etməyəcək”, – o vurğulayıb.

Martın 7-də ABŞ və Ukrayna nümayəndələrinin gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində münaqişənin həlli ilə bağlı danışıqlar aparacağı bildirilib.

Tərəflər müvəqqəti atəşkəsə nail olmaq və Rusiya ilə Ukrayna arasında dinc dialoqun əsasını formalaşdırmaq mexanizmlərini müzakirə edəcəklər.

Seçilən
5
50
nocomment.az

10Mənbələr