AZ

Parisdə Ukrayna danışıqları başlayır: 30-dan çox ölkənin iştirakı ilə...

Martın 11-də Parisdə keçiriləcək danışıqlarda 30-dan çox ölkənin hərbi nümayəndələri iştirak edəcək.

Publika.az xəbər verir ki, tədbirdə Ukrayna naminə beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılması məsələsi müzakirə ediləcək.

Görüşdə Xorvatiya, Monteneqro və ABŞ istisna olmaqla, NATO-ya üzv olan 32 ölkənin, demək olar ki, hamısının nümayəndələri iştirak edəcəklər.

ABŞ-nin görüşə dəvət edilməməsinin səbəbi də açıqlanıb - Avropa ölkələri Ukraynada təhlükəsizliyin qorunması üçün məsuliyyəti öz üzərinə götürməyə qadir olduqlarını nümayiş etdirmək istəyirlər.

Danışıqlarda Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanın təmsilçiləri onlayn şəkildə iştirtak edəcəklər.

Seçilən
1
50
publika.az

10Mənbələr