AZ

53 yaşlı kişini maşın vurub öldürdü

53 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax rayonunun Ləkit kəndi ərazisində baş verib.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 53 yaşlı Bakı şəhər sakini Həsənov Natiq Tofiq oğlunu vurub.

Ağır bədən xəsarətləri alan N.Həsənov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Seçilən
10
10
qafqazinfo.az

10Mənbələr