AZ

ABŞ-də Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kanadanın yeni baş naziri Avropa liderlərinin ən yaxın müttəfiqlərindən biri olan Mərkəzi Bankın keçmiş rəhbəri Mark Karni olacaqsa, bu, ABŞ administrasiyasının təzyiqi fonunda Avropanı "təsəlli" edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" yazıb.
"Onun əsas məsuliyyəti Kanada xalqı qarşısında olacaq, lakin bu, şübhəsiz ki, Qərb dünyasına kömək edəcək", - Böyük Britaniya Maliyyə Nazirliyinin keçmiş kansleri Corc Osborn bildirib.
Onun fikrincə, Karni Ağ Evə getməkdən, Donald Trampla görüşməkdən qorxmayan adamdır.
Xatırladaq ki, yanvarın 6-da Kanada hökumətinin hazırkı rəhbəri Castin Trüdo özünün Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlasa da, yeni lider seçilənə qədər bu vəzifəni tutmağa davam edir. Qeyd olunur ki, seçki martın 9-da baş tutmalıdır və Karninin mandat qazanmaq şansı yüksəkdir.
Seçilən
98
50
oxu.az

10Mənbələr