Azərbaycanın qadın boksçusu Marjona Savriyeva (50 kq) Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Milli üzvü debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb.
Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davam etməsinə icazə verməyiblər. İlk raundu xeyrinə bitirən M.Savriyeva mərhələ adlayıb.
O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
Qeyd edək ki, mundialın ikinci günündə Azərbaycanın 2 boksçusu gücünü yoxlayacaq.