Azərbaycanın qadın boksçusu Marjona Savriyeva (50 kq) Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Rekord.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvü debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb.
Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davam etməsinə icazə verməyiblər. İlk raundu xeyrinə bitirən M.Savriyeva mərhələ adlayıb.
O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
Qeyd edək ki, mundialın ikinci günündə Azərbaycanın 2 boksçusu gücünü yoxlayacaq.