Sağlam həyat tərzinə üstünlük verənlər arasında limonlu su içmək vərdişi getdikcə daha da artır.
Pravda.az xəbər verir ki, C vitamini və antioksidantlarla zəngin olan limonlu su immuniteti gücləndirir, həzm sistemini dəstəkləyir və metabolizmanı sürətləndirir.
Limonlu suyun faydaları
Mütəxəssislərin fikrincə, limonlu su gündəlik istehlak edildikdə bir çox fayda verə bilər:
İmmuniteti gücləndirir – C vitamini tərkibi ilə orqanizmi xəstəliklərə qarşı qoruyur.
Həzm sisteminə kömək edir – Qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir.
Böyrək daşlarının yaranmasını əngəlləyir – Sitrik turşu böyrəklərin sağlam qalmasına kömək edir.
Dəri sağlamlığını yaxşılaşdırır – Kollagen istehsalını dəstəkləyərək dərinin parlaq görünməsini təmin edir.
Qan təzyiqini tənzimləyir – Ürək-damar xəstəliklərinin riskini azaldır.
Limonlu su necə hazırlanır?
Limonlu su hazırlamaq üçün sadəcə bir stəkan suya təzə limonun suyunu sıxmaq kifayətdir. Daha təsirli nəticə üçün bu resepti sınaya bilərsiniz:
1 stəkan su
15 ədəd cəfəri
1 ədəd limon
Bütün inqrediyentləri blenderdən keçirib, səhərlər acqarına içmək tövsiyə olunur. Bu qarışıq maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesinə dəstək ola bilər.
Limonlu suyun zərərləri:
Həkimlər xəbərdarlıq edir ki, limonun tərkibindəki turşu diş minasına zərər verə bilər. Daimi istehlak edənlər üçün limonlu suyu "pipetka" vasitəsilə içmək məsləhətdir.
Qeyd: Limonlu suyun sağlamlığa faydalı olduğu elmi araşdırmalarla sübut edilsə də, hər hansı bir sağlamlıq problemi olan şəxslərin həkim məsləhəti ilə bu suyu içməsi tövsiyə edilir.
Əminə Bayramova