AZ

Azərbaycanda internetin sürəti 1,4 dəfə artıb

Son iki ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin baş direktorunun vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib.

O qeyd edib ki, 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib:

“Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib”.

Seçilən
10
2
ucnoqta.az

4Mənbələr