AZ

“Aztelekom”: İki ildə internetin sürəti 1,4 dəfə artıb

Son iki ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb...

Poliqon xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin baş direktorunun vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib.

O qeyd edib ki, 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib:

“Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib”.

Poliqon.info

Seçilən
5
2
poliqon.info

4Mənbələr