AZ

“EMBAFİNANS”ın istiqrazlarına 4 investor 4 sifariş təqdim edib

27 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2014020609 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.03.2025-ci il tarixində yekunlaşmışdır. 

Biranın yaydığı məlumata görə, 2 milyon manatlıq istiqrazlara 4 investor 4 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT “EMBAFİNANS” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2014020609

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Birqəymətli

İstiqrazların sayı: 2 000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 2 000 0000 manat

İllik gəlirlilik faizi: 13%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti: 1 il

Hərrac qiyməti*: *1000 manat

Reallaşdırılmış həcm:  2000 0000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  20000000 manat

İnvestor sayı: 4

Sifariş sayı: 4

Anderrayter: “Unicapital İ.Ş.” QSC

Seçilən
6
5
marja.az

7Mənbələr