AZ

“Embafinans”ın istiqrazlarına 4 investor 4 sifariş təqdim edib

27 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2014020609 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.03.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2014020609
İstiqrazların növü və formasıİstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/formasıKütləvi / Birqəymətli
İstiqrazların sayı2,000 ədəd
İlkin ticarət qiyməti1,000 manat
İstiqrazların buraxılış həcmi2,000,0000 manat
İllik gəlirlilik faizi13%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti1 il
Hərrac qiyməti*1,000 manat
Reallaşdırılmış həcm2,000,0000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)2,000,0000 manat
İnvestor sayı4
Sifariş sayı4
Anderrayter“Unicapital İ.Ş.” QSC
Seçilən
11
5
banker.az

7Mənbələr