AZ

Vitkoff: ABŞ Kiyevə kəşfiyyat məlumatları ötürməyi dayandırmayıb

Birləşmiş Ştatlar Kiyev hakimiyyətinə müdafiə məqsədləri üçün zəruri olan kəşfiyyat məlumatlarının verilməsini dayandırmayıb.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
“Mən başa düşdüyüm kimi, biz heç vaxt ukraynalıların müdafiə ehtiyacları üçün kəşfiyyat məlumatları təqdim etməyi dayandırmamışıq”-deyə, o Fox News-a deyib.

Amerika liderinin xüsusi nümayəndəsi əlavə edib ki, martın 11-də Ciddədə Kiyev nümayəndələri ilə ABŞ-ın kəşfiyyat məlumatlarının təmin edilməsi müzakirə mövzularından biri olacaq.

Bundan əvvəl Britaniyanın Daily Mail qəzeti Amerika prezidenti Donald Trampın qərarından sonra Birləşmiş Ştatların Ukrayna ilə artıq kəşfiyyat məlumatlarını paylaşmadığını yazıb. Nəşr qeyd edib ki, ABŞ nəinki Ukraynaya Amerika kəşfiyyat məlumatlarının göndərilməsini dayandırıb, həm də Böyük Britaniyaya onları Kiyevlə bölüşməyi qadağan edib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü TASS-ın ABŞ-ın Kiyevə kəşfiyyat məlumatı verib-vermədiyinin aydınlaşdırılması ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Pentaqona Ukraynaya bütün yardımların dayandırılması barədə göstəriş verilib. Fox News-un jurnalisti Ceki Henrixin verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırıldığını təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
22
turkustan.az

10Mənbələr