"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.
Dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya "ADY Mobile" tətbiqindən bilet alın, bahar təravəti ilə görüşə hazırlaşın!