Bakı, 10 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.
Dəmiryol vağzallarının kassalarından, ADY saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən bilet almaq mümkündür.