Bakı, 10 mart, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində hər iki qolu Roy Kehat vurub. Bununla da komanda 9 oyundan sonra ölkə çempionatında qələbə qazanıb.
Bu nəticədən sonra “Sumqayıt” 25 xalla 8-ci, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura saat 19:30-da başlayacaq “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq. XXVI turun əvvəlki oyunlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.