AZ

“Sumqayıt” 9 oyun sonra böyük hesabla qalib gəldi

“Sumqayıt”

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda “Kəpəz”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində hər iki qolu Roy Kehat vurub. Bununla da komanda 9 oyundan sonra ölkə çempionatında qələbə qazanıb.

Bu nəticədən sonra “Sumqayıt” 25 xalla 8-ci, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura saat 19:30-da başlayacaq “Neftçi” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq. XXVI turun əvvəlki oyunlarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Seçilən
9
6
xalqcebhesi.az

10Mənbələr