AZ

Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 Tam Uçuş Simulyatorunu təhvil verib

Bakı. Trend:

Silk Way West Airlines şirkəti Azərbaycanın vacib aviasiya təlimmərkəzi rolunu gücləndirməyə davam edir. Belə ki, hava yoluyükdaşımaları şirkəti təşkil edilmiş xüsusi mərasimdə yeni aldığıBoeing 777 Tam Uçuş Simulyatorunu (FFS) Milli AviasiyaAkademiyasına (MAA) rəsmən təqdim edib. Tədbirdə MAA-nın rektoruakademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsilnaziri Emin Əmrullayev, ADA Universitetinin rektoru professor HafizPaşayev, Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundovvə Azərbaycan Hava Yolları QSC-nin prezidenti Samir Rzayev iştirakedib.

Böyük Britaniya mərkəzli “L3Harris Commercial AviationSolutions” şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqcareal təlim təcrübəsi təklif edən və 777-F, 777-200 LR, 777-300 ERkimi üç Boeing 777 təyyarəsini özündə birləşdirən bir yeni nəsilmodelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyasıtexnologiyaları ilə təchiz edilmiş bu model ən yüksək beynəlxalqaviasiya standartlarına uyğun olaraq geniş çeşiddə kvalifikasiyasessiyaları, pilot qiymətləndirmələri və sertifikatlaşdırmatəlimləri keçirməyə imkan verir.

Boeing 777 Tam Uçuş Simulyatoruna fevral ayında Avropa AviasiyaTəhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tərəfindənhərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırmaprosesinin ardından yerli aviasiya hakimiyyət orqanları tərəfindənrəsmi tanınma MAA-nın beynəlxalq aviasiya standartlarınasadiqliyini daha da gücləndirəcək.

Bu texnologiyanı Azərbaycanda istifadəyə verən Silk Way WestAirlines xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla və əlçatanlığıartırmaqla pilotların təlimlər üçün xaricə getməsi zərurətiniaradan qaldırır. Bundan əlavə, simulyatorun beynəlxalq standartlarüzrə sertifikatlaşdırılması regionun müxtəlif yerlərindən pilotlarıvə aviaşirkətləri cəlb edərək Azərbaycanın aviasiya təhsili üzrəmükəmməllik mərkəzi mövqeyini möhkəmləndirəcək.

MAA rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yenisimulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçünyüksək keyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək.Simulyator MAA müvafiq ixtisas üzrə təhsil alan tələbələrinhazırlığında mühüm rol oynamaqla yanaşı, Silk Way West Airlines,Azərbaycan Hava Yolları kimi dünyada Boeing 777 təyyarələriniistismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarınınbacarıqlarının artırılmasını və aviasiya təhlükəsizliyini ən yüksəkstandartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkiledəcək.

Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov rəsmitəhvil-təslim mərasimində çıxış edərək aviaşirkətin həmAzərbaycanda, həm də dünyada aviasiya sahəsində mükəmməlliyi təşviqetmək öhdəliyini vurğulayıb: “Milli Aviasiya Akademiyasını ənmüasir təlim imkanları ilə təchiz etməklə aviasiyamütəxəssislərinin gələcəyinə və beynəlxalq pilotların təhsilindəAzərbaycanın rolunun gücləndirilməsinə sərmayə qoyuruq. Busimulyator təkcə pilotlarımıza deyil, həm də qlobal aviasiyaictimaiyyətinə xidmət edərək təlim keyfiyyəti və əlçatanlıqda yenimeyarlar müəyyən edəcək”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıdaqoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev BeynəlxalqHava Limanı mərkəzli 12 müasir Boeing 777F, Boeing 747-8F və Boeing747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlifölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir.

Dayanıqlılıq və səmərəlilik öhdəliyinə uyğun olaraq, SilkWay West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavabvermək məqsədilə dörd Boeing 777F, iki Boeing 777-8F və iki AirbusA350F daxil olmaqla öz donanmasını 2030-cu ilədək səkkiz yeni ənmüasir təyyarə ilə yeniləməyi planlaşdırır.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondanartıqdır, genişlənən marşrut şəbəkəsi isə Avropa, MDB ölkələri,Yaxın Şərq, Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqamətiəhatə edir.

Seçilən
6
9
az.trend.az

10Mənbələr