AZ

Niderland universitetinin tələbələri Azərbaycanın Brüsseldəki səfirliyini ziyarət ediblər

Niderlandın Qroningen Universitetinin tələbələri Azərbaycan səfirliyinin nümayəndələri ilə görüşüb və Bakının xarici siyasəti barədə məlumatlandırılıblar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, martın 7-də Azərbaycanın Brüsseldəki səfirliyi Niderlandın Qroningen Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin tələbələrini qəbul edib. Diplomatik missiyanın məlumatında qeyd olunduğu kimi, ziyarət “onların öz təşəbbüsü ilə” baş tutub.

Görüş zamanı tələbələrə Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı və xarici siyasəti haqqında “hərtərəfli məlumat və təqdimat” verilib. Həmçinin ölkənin xarici siyasət kursu ilə bağlı sualları cavablandırılıb.

Seçilən
2
50
report.az

10Mənbələr