AZ

Qrenlandiya müstəqilliyini elan edə bilər

Qrenlandiyanın Baş naziri Mute Egede adanın müstəqil ola biləcəyini bəyan edib.

O bu barədə Danimarkanın DR1 televiziya və radio kampaniyasına verdiyi müsahibədə bildirib.

M.Egede vurğulayıb ki, Qrenlandiyada fəaliyyət göstərən siyasi partiyalar birləşməli və müstəqillik üçün ümumi etibarlı plan hazırlamalıdırlar.

Məlumat üçün qeyd edək ki, 1953-cü ilədək Danimarkanın koloniyası olan, sonradan isə krallığın subyektinə çevrilən Qrenlandiya dünyanın ən böyük adasıdır. 1979-cu ildə 60 minə yaxın əhalisi olan ada Danimarkadan daxili muxtariyyət statusu alıb.

Mənbə: oxu.az

Seçilən
30
4
oxu.az

5Mənbələr