Qrenlandiyanın Baş naziri Mute Egede adanın müstəqil ola biləcəyini bəyan edib.
Publika.az xəbər verir ki, o bu barədə "DR1"ə erdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Qrenlandiyada fəaliyyət göstərən siyasi partiyalar birləşməli və müstəqillik üçün ümumi etibarlı plan hazırlamalıdırlar.
Qrenlandiya 1953-cü ilədək Danimarkanın koloniyası olub, sonradan isə krallığın subyektinə çevrilib. 1979-cu ildə 60 minə yaxın əhalisi olan ada Danimarkadan daxili muxtariyyət statusu alıb.