Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" (İspaniya) və "Benfika" (Portuqaliya) komandaları arasındakı cavab oyunundan əvvəl 1 dəqiqəlik sükut elan ediləcək. Manset.az Mundo Deportivo qəzetinə istinadən xəbər verir ki, UEFA kataloniyalıların vəfat edən həkimi Karles Minaro Qarsiyanın xatirəsini yad etməyə icazə verib. Qeyd edək ki, klubun həkimi İspaniya La Liqasının XXVII turunun "Barselona" - "Osasuna" matçından əvvəl dünyasını dəyişib. "Barselona" və "Benfika" kollektivləri arasındalı cavab oyunu martın 11-də keçiriləcək.