AZ

Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi


Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.

 Qaynarinfo xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.

 

O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.


Seçilən
2
8
nuh.az

10Mənbələr