AZ

FHN əhaliyə müraciət etdi: Ehtiyatlı olun!

FHN

Fövqəladə Hallar Nazirliyi yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.“Ulusum”.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılandı.Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur."Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - müraciətdə qeyd olunub.

Diqqət Çəkənlər

Həftəlik bürclər: 10-17 MART

ABŞ-da azyaşlılara "kredit" verildi: Şok edici faktlar

Ukrayna Almaniya ilə memorandum imzaladı

Seçilən
134
49
ulusum.az

10Mənbələr