Demokrat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
10Mənbələr
-
metbuat.azNazirlik ilaxır çərşənbə ilə bağlı əhaliyə ( 16107653)
-
publika.azFHN ilaxır çərşənbə ilə əlaqədar əhaliyə müraciət etdi ( 16107073)
-
demokrat.azFHN ilaxır çərşənbə ilə əlaqədar əhaliyə müraciət etdi ( 16106891)
-
az.trend.azBu gün tonqal qalayacaqların NƏZƏRİNƏ (video) ( 16106821)
-
gundem.azFHN əhaliyə müraciət etdi - DİQQƏTLİ OLUN! ( 15965841)
-
news24.azFHN əhaliyə müraciət ETDİ ( 15957791)
-
gundem.az“Süfrələrdə yandırılan şamları nəzarətsiz qoymayın!” - VİDEO ( 15962611)
-
bolge.tvFHN-dan çərşənbə tonqalları ilə bağlı müraciət ( 15961075)
-
ulusum.azFHN əhaliyə müraciət etdi: Ehtiyatlı olun! ( 15959951)
-
moderator.azFHN əhaliyə müraciət etdi - DİQQƏTLİ OLUN! ( 15959893)