“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqanın XXVI turuna təsadüf edib.
32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşə (1:1) start heyətində çıxıb.
Höccət Premyer Liqada 2 klubun formasını geyinib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.
Qeyd edək ki, müdafiəçinin debütü 2020/21 mövsümünə təsadüf edib. O, 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.
Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”
Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…”
“Neftçi” "Turan Tovuz”la bacarmadı - YENİLƏNİB
“Neftçi” Emin Mahmudovu mükafatlandırıb
Azər Bağırov: "Daxildəki problemi axtarıb tapacam"