AZ

Höccət Haqverdi Premyer Liqada 100-ə çatdı

“Neftçi”nin mərkəz müdafiəçisi, milli komandamızın üzvü Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 26-cı turuna təsadüf edib. 32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) iştirak edib. O, Premyer Liqada 2 klubun formasını geyinib. Haqverdi “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Xatırladaq ki, futbolçunun debütü 2020/2021-ci illər mövsümündə olub. Höccət 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.

2023-cü ilin yanvarından “Neftçi”də çıxış edən müdafiəçi bu komandanın heyətində bütövlükdə 69 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Onun “Sumqayıt” karyerası isə 49 oyun, 1 qol və 1 assistdən ibarətdir.

Höccət daha öncə “Paykan”, “Zobahan”, “Traktor” və “Abumoslem” kimi klubların da formasını geyinib.

Haqverdi 2021-ci ilin iyun ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 23 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub.

Seçilən
51
14
arena.az

10Mənbələr