AZ

“ASAN müraciət” İnformasiya Sisteminin ötənilki fəaliyyəti qiymətləndirilib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir təşkil olunub.

"Report"un məlumatına görə, tədbirdə ötən il "ASAN müraciət”ə 11 400 müraciət daxil olduğu bildirilib:

"Həmin müraciətlərdən doğru ünvanlanmadığı üçün 1491-i geri çevrilib, 5835-i isə cavablandırılıb. Belə ki, 2024-cü il ərzində qurumlara 4 200 müraciət 3500 dən çox yönləndirilib 2200 çoxu isə təmin edilib. Bununla yanaşı, zəng çağrı mərkəzinə ötən il ərzində 1132 müraciət daxil olub və cavablandırılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb:

"Hazırda “ASAN müraciət” İnformasiya Sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günədək 25 000-ə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür".

Sonda vətəndaşların müraciətlərinə baxmaqda fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Seçilən
64
3
report.az

4Mənbələr