Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə ötən il "ASAN müraciət”ə 4 200-dən çox müraciət daxil olduğu bildirilib:
"Sistemə ümumilikdə 11 400 müraciət daxil olub. Həmin müraciətlərdən 1491-i “ASAN müraciət”in fəaliyyətinə aid olmadığına görə geri çevrilib, 5835-i isə cavablandırılıb. Belə ki, 2024-cü il ərzində qurumlara 4 200 müraciət olunub, 3500 dən çoxu qurumlara yönləndirilib, 2200 çoxu isə qurumlar tərəfindən təmin edilib. Bununla yanaşı, zəng çağrı mərkəzinə ötən il ərzində 1132 müraciət daxil olub və cavablandırılıb.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb: