Naxçıvan Muxtar Respublikasında 1 mart 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 20.175, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faiz artaraq 561 olub.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməri məlumat yayıb.
Qeyd edilib ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4 faiz artıb və 5.944 təşkil edib.