Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 1 mart 2025-ci il tarixinə aktivvergi ödəyicilərinin sayı 20 175-ə çatıb.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eynidövrü ilə müqayisədə 15,4 faiz çoxdur.
Qeyd edilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faizartaraq 561, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4faiz artıb və 5.944 təşkil edib.
Qeyd edək ki, Muxtar Respublikada 1 yanvar 2025-ci il tarixinəaktiv vergi ödəyicilərinin sayı 21 778 nəfər, aktiv ƏDVödəyicilərinin sayı 548, aktiv obyektlərin (təsərrüfatsubyektlərinin) sayı isə 6 025 təşkil edib.