AZ

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub

Tbilisi, 11 mart, AZƏRTAC

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında tarixən möhkəm dostluq münasibətlərini, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər. Ölkələrimiz arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyi vurğulanıb.

Söhbət zamanı Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrə də toxunulub.

Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir, bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.

Görüşdə, həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Gürcüstan Prezidenti ölkəsinin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
10
8
azertag.az

9Mənbələr