1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrailin Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir Qəzza sektoruna hücum üçün yeni planı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Bildirilir ki, İsrail münaqişənin gərginləşməsinə hazırlaşır, çünki radikal Fələstin hərəkatı olan HƏMAS öz qüvvələrini yenidən qruplaşdırır və müdafiəni gücləndirir.
"İsrailin Müdafiə Ordusu ölkənin siyasi rəhbərliyinə bildirib ki, Fələstin anklavında hər hansı yeni hücum əməliyyatı müxtəlif əməliyyat çətinliklərindən, ilk növbədə girovların saxlanıldığı ehtimal olunduğu bölgələrə aid məsələlərdən asılı olacaq. Son bir ay ərzində SAXAL-ın bir çox diviziyaları, o cümlədən ehtiyat briqadaları, Qəzza bölgəsində güclü hava zərbələri ilə dəstəklənəcək yerüstü hücumlara hazırlıq görüblər", - deyə mənbə qeyd edir.
Bundan əvvəl İsrail ordusunun Baş Qərargah rəisi yüksək hərbi komandanlığa bildirib ki, 2025-ci il Qəzza sektoru və İrana yönəlmiş müharibə ili olacaq.