AZ

Tramp Kanadaya təzyiqləri artırır

Kanadanın Ontario əyalətinin, ABŞ ştatlarına verdikləri elektrik enerjisinə 25 faiz əlavə vergi tətbiq edəcəyi açıqlaması ilə bağlı ABŞ Prezidenti Donald Tramp, "Kanada tariflərdən sui-istifadə edən ölkədir və həmişə belə olub, lakin ABŞ bundan sonra Kanadaya subsidiya verməyəcək" deyib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp bu barədə sosial media platforması olan "Truth Social" sosial platformasındakı hesabında açıqlama verib.

Kanadanın ABŞ-nin bir çox kənd təsərrüfatı məhsullarına “250” ilə “yüzdə 390” arasında dəyişən tariflər tətbiq etdiyini ifadə edən Tramp, Ontarionun qəbul etdiyi qərara qarşı Kanadaya tətbiq edəcəkləri rüsumları aprelin 2-də qüvvəyə minəcəyini xatırladıb.

"Kanada tariflərdən sui-istifadə edən ölkə olub və həmişə də belə olub, lakin Birləşmiş Ştatlar bundan sonra Kanadaya subsidiya verməyəcək. Bizə sizin avtomobillərinizə, taxta-şalbanlarınıza, enerjinizə ehtiyacımız yoxdur və siz bunu tezliklə öyrənəcəksiniz", - Tramp deyib.

Xatırladaq ki, ABŞ-nin Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə gömrük rüsumu martın 4-dən başlayıb.

Tramp daha sonra sözügedən ölkələrin aprelin 2-dək “ABŞ-Meksika-Kanada Razılaşması (USMCA)” çərçivəsində olan məhsullara gömrük tarifləri tətbiq etməyəcəklərini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp ölkənin polad və alüminium idxalına əlavə rüsumların martın 12-dən qüvvəyə minəcəyini açıqlamışdı.

Seçilən
17
15
cebheinfo.az

10Mənbələr