ABŞ Prezidenti Donald Tramp administrasiyasına Kanadadan polad və alüminium idxalına tarifləri əlavə olaraq 25 faiz artırmağı və ümumi rüsumları 50 faizə çatdırmağı əmr edib.
Modern.az-ın məlumatına görə, yeni qərar martın 12-si səhər qüvvəyə minəcək.
Tramp Kanada hökumətinin ABŞ-dan elektrik enerjisi ixracına 25 faiz rüsum tətbiq etmək qərarına cavab olaraq ən son tarifləri tətbiq etdiyini söyləyib.