AZ

Xaçmazda Yol Polisi bölməsinə yeni rəis təyin edildi

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

 

Sfera.az-ın məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytnantı Elnur Quliyev həmin bölməyə rəisi təyin olunub.

 

Qeyd edək ki, E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb. /lent.az

Seçilən
63
11
sfera.az

10Mənbələr