AZ

Xaçmaz DYP-yə yeni rəis təyin edildi

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

APA-ya istinadən verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytnantı Elnur Quliyev həmin bölməyə rəisi təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Mənbə: axar.az

Seçilən
68
11
axar.az

10Mənbələr